Bu gün, avqustun 11-də Humanitar Minalardan Təmizləmə Mərkəzinin sapyorları, Artsaxın Martuni rayonunun Nor Şen icması ərazisində mühəndislik-kəşfiyyat işləri apararkən, ilkin məlumatlara görə, kaset bombasının partlayışından yaralanıblar.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2 nəfər təcili tibbi yardım maşını ilə Respublika Tibbi Mərkəzinə çatdırılıb. Onların səhhəti qənaətbəxşdir. Sapyorlardan biri Martuni Regional Tibb Birliyinə aparılıb. Sonuncunun vəziyyəti ağır stabildir.