Vaşinqtondakı Ədalət və İnsan Haqları Hüquq Mərkəzi (ALC), Ermənistanda qeydiyyatdan keçmiş Beynəlxalq Müqayisəli Hüquq Mərkəzi ilə əməkdaşlıq edərək, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanı erməni əsirləri və girovları öldürməkdə ittiham edən yeni işlər qaldırdı.
AİHM-ə təqdim olunan paketdə qeyd olunur ki, həm mülki vətəndaşlar, həm də hərbçilər öz doğma yaşayış məntəqələrində qalan 19 nəfər Azərbaycan qüvvələri tərəfindən əsir alındıqda və ya həbs edildikdə 10 fərqli hadisədə öldürüldü.
Ərizələr şahid ifadələrinin, İnternetdə yayılan videoların, məhkəmə tibbi ekspertizalarının və ekspert rəylərinin təkzibedilməz dəlilləri ilə təqdim edildi.
İki insan hüquqları təşkilatı, toplanan materiallardan istifadə edərək, həm Avropa İnsan Haqları Konvensiyasına, həm də beynəlxalq humanitar hüquqa uyğun olaraq, əsirlərin həyatını qorumadığı üçün Azərbaycanı məsuliyyətə cəlb etməyə çalışır.
“Əsirlərin həyatını qoruya bilməyən, öldürülən əsirlərin vəziyyətini araşdıra bilməyən Azərbaycan insan hüquqlarını biabırçı şəkildə pozur və Avropa İnsan Haqları Konvensiyası ilə bağlı öhdəliklərini yerinə yetirmir”,- deyə qeyd olunub.