Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Arman Tatoyan bildirib ki, mütəmadi olaraq Azərbaycan hərbçilərinin sərxoş atəş açdıqları barədə Geğarkunik və Syunik bölgələrindəki kəndlərindən həyəcan siqnalı alırlar.
"Üstəlik, bu vəziyyətdə açılan atəşlərin xüsusi işığı var və qorxutmaq üçün mülki əhaliyə görünəcək şəkildə edilir. Bu hallarda tez-tez gecə saatlarında musiqi dinləyirlər, səs –küy gəlir, yəni xuliqanlıq edirlə və narahatlıq yaradırlar.
2020-ci ilin dekabr ayından belə həyəcan siqnalları alırıq.
Söhbət Azərbaycan silahlı qüvvələrinin müharibədən sonra beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq yerləşdirildiyi və xüsusilə 2021-ci il mayın 12-13-də ER suveren ərazisinə qanunsuz daxil olduğu kəndlərdən gedir.
ER İnsan Hüquqları Müdafiəçisi heyətinin dediyi həyəcan siqnallarının araşdırılması sübut edir ki, Azərbaycan SQ atışları emrəni tərəfinin əhalini qorumaq üçün apardığı qabaqlayıcı tədbirlərdən sonra dayanır"- deyə ER Ombudsmanı yazır.