Artsax Respublikasının əmək, sosial və miqrasiya naziri Mane Tandilyan bildirdi ki, “Yaşama yeri- Artsax” fondunun həmtəsisçisi Mesrop Arakelyan və “Avrora Humanitar” və “Gələcək Erməni” təşəbbüslərinin həmtəsisçisi Ruben Vardanyanla “Artsxda 100 Ev” proqramı çərçivəsində yeni qəsəbənin tikintisi ilə tanış olmaq məqsədilə Artsaxın Dahrav kəndini ziyarət etdi.
"44 günlük müharibə səbəbindən Artsaxın müxtəlif bölgələrindəndüdərgin düşmüş vətəndaşlarımız yeni kənddə yaşayacaqlar. Artsax yenidən yaşayacaq”,- Tandilyan deyib.
Mane Tandilyan qeyd etdi ki, onlar Xnatsax kəndində də olublar, “Avrora Artsax üçün” lahiyə çərçivəsində yeni tikilmiş çörək zavodunu, Stepanakert Uşu Federasiyasını, "Caroline Cox Reabilitasiya Mərkəzini" də ziyarət etdilər.
“Artsax tək deyildir. Artsax yeni bir nəfəslə yaşamalıdır. Artsaxın hamımıza ehtiyacı olduğu kimi, bizim də Artsaxa ehtiyacımız var",- deyə Tandilyan yazdı.