ABŞ Nümayəndələr Palatasının üzvü və Konqresin erməni məsələləri üzrə komitəsinin sədr müavini Adam Şif Azərbaycanın Türkiyə ilə Artsaxa qarşı başlatdığı müharibədən sonra erməni xalqı üçün təhlükənin davam etməsindən narahatdır.
“Armenpress”in sualına cavab olaraq konqresmen bildirib ki, ABŞ tərəfindən mütəmadi olaraq qonşu ölkəyə qarşı güc tətbiq edən Azərbaycanı silahla təchiz edilməsi qəbuledilməzdir.
“İndi hər zamankindən daha çox, Ermənistanda demokratiyanı daha da gücləndirmək və dəstəkləmək üçün səy göstərməliyik. Ona görə də Palonun təklif etdiyi təşəbbüsə qürurla qoşuldum: Əliyev məsuliyyət daşımalıdır və ABŞ, Azərbaycanın Ermənistana və Artsaxa qarşı zorakılıq tətbiq etməsinə göz yummayacağını göstərir. ABŞ mütəmadi olaraq qonşu ölkəyə qarşı güc tətbiq edən Azərbaycanı silahla təchiz etməməlidir”- deyə konqresmen Şif bəyan edib.
ABŞ Prezidenti Co Baydenin bu il aprelin 24-də etdiyi mesaja toxunan Adam Şif qeyd edib ki, prezident Baydenin Erməni Soyqırımını rəsmən tanımaq qərarı minlərlə erməni seçiciləri, onların ailələri və ölkədəki ermənilər üçün tarixi hadisə idi.