Avqustun 9-da Ermənistan Ombudsmanı Arman Tatoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Tieri Ribo ilə görüşüb.
Görüş zamanı erməni hərbi əsirlərin geri qaytarılması və itkin düşmüş şəxsləri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər sərhəd sakinlərinin hüquqlarının müdafiəsinə ayrıca toxunublar.