Avqustun 10-da Artsax Respublikasının xarici işlər naziri Davit Babayan və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Armen Grigoryan arasında telefon danışığı olub.
İki erməni dövlətinin xarici siyasəti, bölgədə gedən proseslər və Azərbaycan-Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilib. Hər iki tərəf məsələnin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinə dair razılığa gəlib.
Bölgədə sülhün və sabitliyin qorunmasında Rusiya sülhməramlı missiyasının rolu yüksək qiymətləndirilib.
Ermənistan-Artsax-Spyurk əlaqələrinin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyi vurğulanıb.
Artsax ilə Ermənistan xarici işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə toxunulub.