KTMT Baş katibi Stansilav Zas Ermənistanda ölkənin siyasi və hərbi rəhbərliyi ilə görüşləri davam etdirir. Ermənistan-Azərbaycan sərhəində baş verən toqquşmalara və onların həlli yollarına toxunan Stanislav Zas qeyd etdi ki, vəziyyət həmişə KTMT-nin diqqət mərkəzindədir.
“Ermənistan dövlət strukturlarının dəstəyi ilə bzidə monitorinq həyata keçiririk. Əlbəttə, hesab edirik ki, Ermənistanla Azərbaycan sərhədində baş verən toqquşmalar bu bölgə və təbii ki, KTMT üzvü olan Ermənistanın təhlükəsizliyi üçün təhlükə yaradır.
Bu vəziyyətdən, problemləri həll etməyin yollarından danışsaq, hesab edir ki, tənzimlənmə ilə bağlı siyasi və diplomatik imkanlar tükənməyib. Əslində bu, hər kəs üçün ən yaxşı seçimdir.
Gözləyirik ki, Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli işçi qrupunun formatı müsbət təsir göstərməlidir. Əlbəttə ki, son vaxtlar sərhəd toqquşmalarının coğrafiyasının genişlənməsindən və artmasından ciddi narahatıq. Bu da narahat edir və işlərin başlamasına mane olur və ümumiyyətlə, Ermənistan, Azərbaycan, Rusiya liderləri arasında Qarabağ münaqişəsinin dayanadırılması və bölgədə sülhün bərqərar olması üçün götürdüyü öhdəliklərin icrasını çətinləşdirir. Bütün tərəflərin bunu başa düşməsini və məsələnin siyasi yolla həllinə çalışmasını gözləyirik”,- Zas deyib.