Avqustun 9-da Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya XİN məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin müxtəlif aspektləri, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həll yolları ilə bağlı fikir mübadiləsi aparılıb”- deyə RF XİN məlumatında deyilir.
Qeyd edilir ki, tərəflər Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işinin sürətlə bərpasının zəruriliyini də vurğulayıblar.