Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana səfər edib.
Bunu KTMT-nin mətbuat katibi Vlafimir Zainetdinov bildirdi.
Səfər çərçivəsində Stanislav Zas ER baş naziri Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyan ilə görüşəcək, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının ofisini ziyarət edəcək.