Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik fonunda BMT Azərbaycan və Ermənistanı təmkinliliyə çağırıb.
BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak keçirdiyi brifinqdə tərəfləri təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırıb.