ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi və ABŞ BİA Ermənistandakı ofisinin direktoru Syunik bölgəsindədir.
“Syunik Ermənistanda ən çox sevdiyim yerlərdən biridir, dəfələrlə burada olmuşam. Bu yayda azad vaxtım burada keçirmək istədim",- deyə Lin Treysi qeyd edib.
"Buraya ilk dəfə gəlirəm, çox gözəl yerlərdir, xoşbəxtlikdən ABŞ BİA burada bir çox layihə həyata keçirir. Bu deməkdir ki, daha çox dəfə Syunik bölgəsinə qayıtmaq imkanım olacaq”- deyə Con Alelon qeyd edib.