Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov Azərbaycanın Artsaxa və Ermənistana qarşı təxribatçı hərəkətlərinə toxunub.
Bakının erməni zəvvarların Dadivanka girişinə mane olduğu sualına cavab olaraq Bikantov qeyd etdi ki, Dağlıq Qarabağın mədəni və tarixi irsinin qorunması məsələsi həmişə diqqət mərkəzindədir.
“Biz bu məsələni Bakı və Yereavnla müzakirə edirik. Rusiya sülhməramlıları Dadivank, Amaras və Gandzasarı ziyarət edən zəvvarları müşayiət edir. Vəziyyəti yerində qiymətləndirə biləcək UNESCO missiyasının bölgəyə girişinin təşkil edilməsini dəstəkləyirik. Məsələ həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin diqqət mərkəzindədir”,- Bikantov bildirdi.Aleksandr Bikantov iyulun 28-də Azərbaycanın silahlı qüvvələrinin təxribatçılarına və erməni kəndlərinin atəşə tutulmasına münasibət bildirdi.
O qeyd etdi ki, Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində tez -tez silahlı insidentlərdən narahtdır.
“Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir. Bütün tərəfləri vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırırıq. Problemlər yalnız siyasi və diplomatik yollarla həll edilməlidir”,- Rusiya XİN nümayəndəsi deyib.
Bikantov qeyd etdi ki, Rusiya sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır.
Onun sözlərinə görə, bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək.
Rusiya XIN nümayəndəsi Bakıda əsirlikdə olan erməni hərbi əsirlərin və onlara qarşı saxta ittihamlara toxunub.
“Rusiyanın mövqeyi çoxdan aydındır, bu dəyişməyib. Bu məsələ hər zaman nəzarətimiz altındadır. Əlaqələr iki ölkənin müdafiə nazirlikləri səviyyəsində davam edir. Avqustun 2-də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov Azərbaycan tərəfinin nümayəndələri ilə işçi görüşlər keçirdi”,- Bikantov deyib.