KTMT baş katibi Stanislav Zas Ermənistan Respublikasının baş naziri vəzifəsinə təyin olunması münasibətilə Nikol Paşinyana təbrik mesajı göndərib.
Mesajda xüsusilə deyilir:
“Hörmətli Nikol Vovayeviç,
Ermənistan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Parlament seçkilərinin nəticələri Ermənistan cəmiyyətinin siyasi, iqtisadi və sosial sahədə gələcək islahatlar kursunuzu dəstəklədiyini sübut edir.
Ermənistan Respublikasının KTMT fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndiririk və gələcəkdə KTMT-də Ermənistanın sədrliyinin Avrasiya regionunda sabitliyin və təhlükəsizliyin artmasına töhfə verəcəyini gözləyirik.
Sizə, hörmətli Nikol Vovayeviç, cansağlığı, firavanlıq və Ermənistanın xeyrinə işlərinizdə uğurlar arzulayıram.
Ümid edirəm ki, yaxın gələcəkdə Sizinlə görüşəcəyəm".