Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla bağlı bəyanat yaydı. Bəyanatda qeyd olunur ki, Moskva BMT Baş Assambleyasının 76-cı sessiyasında Qarabağ münaqişəsi zonasında vəziyyətin sabitləşdirilməsinə əhəmiyyət verir, bu isə 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli razılaşmaların icrasını nəzərdə tutur.
Rəsmi Moskva qeyd etdi ki, didərgin düşmüş şəxslərin Dağlıq Qarabağa qayıtması məsələsinə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Ofisini cəlb etməkdə maraqlıdır.