Almaniya kansleri Angela Merkel ER Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.
Məktubda qeyd olunur ki, Almaniya islahatlar yolunda etibarlı tərəfdaş olaraq Ermənistan Respublikasını müşayiət etməyə hazırdır.
“Federal Hökumət ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərini fəal şəkildə dəstəkləməyə davam edəcək. Məsuliyyətli işinizin həyata keçirilməsində xoşbəxtlik ilə müşayiət olunan yeni uğurlar arzulayıram”,- deyə Angela Merkel yazıb.