Belarus Prezidenti Aleksandr Lukaşenko Nikol Paşinyanı Ermənistan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.
“Seçkilərdə erməni xalqı sülh, sabitlik, sosial-iqtisadi inkişaf üçün səs verərək, dövlət üçün bu əsas məsələləri həyata keçirməyi sizə mandat verib ",- deyə Belarusun prezidenti qeyd etdi.
Aleksandr Lukaşenko vurğuladı ki, Belarus və Ermənistan arasında çoxtərəfli əməkdaşlığın daha da genişlənməsi, eləcə də inteqrasiya layihələri çərçivəsində əməkdaşlığı iki ölkə arasındakı dostluğun möhkəmlənməsinə və vətəndaşların rifahının artmasına töhfə verəcək.