ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
Bayden qeyd edib ki, ədalətli və şəffaf seçkilərin keçirilməsi erməni xalqının korrupsiyadan azad, daha demokratik, ədalətli və çiçəklənən cəmiyyət qurmaq niyyətini göstərir.
“Son üç ildə Ermənistan bu sahələrdə proqresə nail olub. Birləşmiş Ştatlar bu cəhdlərə dəstək göstərməkdən məmnundur. Bunlar arasında yeni patrul polisinin, müstəqil antikorrupsiya institutlarının qurulmasına dəstək də var. Biz gələcəkdə də sizin bu məqsədlərə çatmaq yönündə işinizdə etibarlı tərəfdaş kimi qalacağıq.
Dağlıq Qarabağ münaqişəsi səbəbindən 2020-ci ildə yaranan çətin təhlükəsizlik problemlərini başa düşürəm. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hərtərəfli dinc nizamlanma üzrə danışıqlarda tərəflərə köməklə bağlı öhdəlik götürməyə sadiq qalır. Ermənistanla Azərbaycanı mümkün qədər tez predmetli danışıqlara başlamağa çağırırıq.
ABŞ Azərbaycandan erməni hərbi əsirləri azad etməsinə yönəlik cəhdlərə kömək göstərməkdən məmnun oldu. Biz gələcəkdə də bütün hərbi əsirlərin təhlükəsiz qaytarılmasına çağıracağıq. Ümid edirik, Gürcüstanın dəstəyilə bu sahədə əldə etdiyimiz proqres gələcək regional əməkdaşlıq üçün əsas yaradacaq – Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə müzakirələrə əlavə olacaq.
ABŞ-ın Ermənistanla ümumi demokratik dəyərlər və institutlar əsasında əməkdaşlığı möhkəmləndirməyə hazırdır.
İkitərəfli münasibətlərin dərinləşdirilməsi və gücləndirlməsi üçün Siz və Sizin yeni hökumətlə əməkdaşlığa güvənirəm”,- Bayden yazdı.