Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan mayın 12-dən etibarən Azərbaycan SQ bölmələrinin Ermənistan Respublikası sərhədini qanunsuz keçdiyini xatırladaraq Müdafiə Nazirliyinin yüksək rütbəli zabit və şəxsi heyətinə bildirib ki, Ermənistanın ətrafında vəziyyət olduqca gərgindir.
Nikol Paşinyan xüsusilə qeyd edib: “Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələrinin bu vəziyyətdən çıxmaq üçün niyə tədbir görmədiyinə dair dəfələrlə tənqidlər səsləndirilib.Bildirmək istəyirəm ki, əvvəldən bizim mövqeyimiz belədir: nə qədər ki, diplomatiya və siyasət yolu ilə vəziyyəti həll etmək imkanı var, biz də o yolla gedəcəyik. Və belə imkan gördüyümüz müddətcə, prosesi bu istiqamətdə aparmalıyıq”.
ER Baş naziri vurğulayıb ki, Azərbaycan təcavüzkar siyasətini davam etdirir, bölgədə və Ermənistanın ətrafında gündəm yaratdığına dair təəssürat yaratmağa çalışır, amma reallıq başqadır, Ermənistanın öz gündəmi var və Ermənistanın beynəlxalq öhdəlikləri çərçivəsində qalmağa davam edəcək.