ER Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli zabit və şəxsi heyəti ilə görüş zamanı qeyd edib ki, kommunikasiyaların açılması ER hökumətinin prioritetlərindən biridir.
“Hamı bilməlidir ki, Ermənistan üzərindən dəhlizlə bağlı heç vaxt hər hansı razılaşma olmayıb. Və nəinki Ermənistan Respublikası bu mövzuda nə şifahi, nə də yazılı olaraq heç bir öhdəlik götürməmiş, həm də bu cür cümlələrin verildiyi bütün hallarda öz mövqeyimizi açıq şəkildə ifadə etmişik. Əldə etdiyimiz razılaşmalar, əslində, 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunur”,- deyə ER Baş naziri bildirib.
Onun sözlərincə bu iki bəyanatlardan başqa Azərbaycanla digər razılaşma yoxdur.
“Həmin bəyanatda yazılıb ki, Ermənistan Respublikası Azərbaycan ərazisindən yük daşımaq imkanına malik olmalıdır. Azərbaycan Ermənistan üzərindən yük daşımaq imkanına malik olmalıdır. 11 Yanvar bəyanatının mətninə diqqətinizi cəlb etmək istəyirəm. Gömrük, sərhəd, sanitar və fitosanitar nəzarəti ilə bağlı razılaşmaların müzakirə olunmalı və əldə olunmalı olduğu çox aydın şəkildə yazılmışdır”,- deyə Nikol Paşinyan əlavə edib ki, Ermənistan ərazisindən tranzit marşrutu kimi istifadə edildikdə, bütün digər hallarda olduğu kimi, bu qaydalara uyğun olaraq keçirilməlidir.
Nikol Paşinyanın bildirib ki, Azərbaycan kommunikasiyaların açılmasına manə olur.