ER Baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub. Fransa Prezidenti Nikol Paşinyanı təbrik etdi. Emanuel Makron bildirdi ki, Ermənistana 200 min dozada vaksin göndərməsi qərarına gəlib. Baş nazir Paşinyan bunun üçün Prezident Makrona təşəkkür etdi.
ER Baş naziri son zamanlar Azərbaycanın törətdiyi sərhəd təxribatları, habelə Azərbaycanın təcavüzkar ritorikası haqqında məlumat verib. O vurğuladı ki, bütün bunların məqsədi bölgədəki vəziyyətin qeyri-sabitləşdirməsidir. O, Azərbaycanda erməni əsirlərin saxta məhkəmələrini qəbuledilməz hesab etdi.
Prezident Makron Ermənistanla Azərbaycan arasında demarkasiyası və delimitasiyası cox vacib hesab etdi.
ER Baş naziri vurğuladı ki, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli proseslər arasında heç bir əlaqəsi yoxdur.
Nikol Paşinyan, sərhəd boyunca KTMT müşahidə missiyasının yerləşdirilməsi və ya belə bir qərarın mümkün olmaması halında alternativ olaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin müşahidə missiyasının yerləşdirilməsi təklifini təkrarladı.
Fransa Prezidenti bölgədə davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirməyə hazır olduğunu bir daha təsdiqlədi.
Ermənistan Respublikasının Baş naziri vurğuladı ki, regional kontekstli təşəbbüslər və addımlar ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin hamısı tərəfindən təsdiqlənəcəyi təqdirdə uğurlu ola biləcək.
Nikol Paşinyan onu da vurğuladı ki, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 9-dan sonra verdiyi bəyanatları alqışlayır.