Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Margaryan iyul ayında BMT Təhlükəsizlik Şurasının sədri, Fransanın BMT yanında daimi nümayəndəsi Nikola de Rivierə məktub göndərdi. Bu barədə ER XİN-dən məlumat verilib.
Məktubda vurğulanır ki, Azərbaycanın Ermənistana qarşı təcavüzkar hərəkətləri ən yüksək səviyyədə ərazi iddiaları, hərbi təhdidlər və milliyyət zəminində nifrət nitqi ilə müşayiət olunur.
Vurğulanır ki, Ermənistan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən suverenliyi və ərazi bütövlüyü naminə qanuni müdafiə hüququndan istifadə etmək əzminddir. Ermənistan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli "daimi" siyasi həlli ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında sülh yolu ilə həll edilməlidir.
Məktub BMT Təhlükəsizlik Şurasının üzvlərinə göndərilib və yaxın vaxtlarda BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi olaraq yayımlanacaq.