ER Parlamentinin xüsusi iclasında “Mənim addım” fraksiyasının üzvü Nazeli Bağdasaryan sərhəddəki vəziyyətə toxunub və qeyd edib ki, baş verənlərə görə, bütün məsuliyyət Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bağdasaryanın sözlərinə görə, Azərbaycan təxribatçı hərəkətlərə əl ataraq vəziyyəti açıq şəkildə gərginləşdirir.
“Ermənistan və Ermənistan hakimiyyəti bölgədə təhlükəsizliyi və sülhü təmin edəcək addımlar atmaq niyyətindədir. Bu baxımdan yanaşmamızı bir daha təsdiq edirik. Ərazi bütövlüyümüz məsələsində heç bir güzəşt yolu yoxdur. Eyni zamanda bütün beynəlxalq təşkilatları aydın, aktiv addımlar atmağa çağırıram”.