İyulun 29-da ER xarici işlər naziri vəzifəsini icra edən Armen Grigoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı təcavüzləri nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Armen Qrigoryan son günlərdə ER Geğarkunik bölgəsindəki erməni mövqelərinə qarşı Azərbaycan silahlı qüvvələrinin hücumunun nəticələrini təqdim etdi.
Qeyd olunub ki, hərbi əməliyyatlarla paralel olaraq, Azərbaycan Ermənistana qarşı regional təhlükəsizliyi və sülhü pozmağa yönəlmiş saxta ərazi və iddialar irəli sürür. Hər iki tərəf vəziyyətin gərginləşməsini üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğuladı.
Armen Qrigoryan vurğuladı ki, Azərbaycan silahlı qüvvələri Ermənistan Respubliaksının suveren ərazisindən dərhal çıxmalıdırlar.
Görüş zamanı Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində sülh danışıqları yolu ilə uzunmüddətli və ədalətli nizamlanmasının vacibliyini vurğulandı. Görüş zamanı hər iki tərəf əsirlərin və mülki şəxslərin vətənlərinə qaytarılması məsələsinə əhəmiyyət veriblər. Tərəflər Ermənistan-Aİ əməkdaşlığı və Şərq Tərəfdaşlığının gündəliyi ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.