Armen Grigoryan və ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Armen Grigoryan iyulun 28-də Ermənistan Respublikasının Geğarkunik bölgəsindəki erməni
mövqelərinə qarşı Azərbaycan silahlı qüvvələrinin hücumunu pisləyib. Armen Grigoryan bunu Ermənistanın suverenliyə və ərazi bütövlüyünə qarşı açıq təcavüz adlandırdı.
Görüş zamanı qeyd olunub ki, mayın 12-dən etibarən Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisinə zorla daxil olunması və davamlı təxribatçı əməliyyatlar nəticəsində gərgin vəziyyət yaradılıb. Bu vəziyyət Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsi ilə həll oluna bilər.
Bununla bağlı ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətin həll olunması və deeskalasiyasının vacibliyini vurğuladı.
Tərəflər ATƏT Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması danışıqlarının yenidən başlanmasına əhəmiyyət veriblər.
Tərəflər münaqişənin humanitar nəticələrinə də toxunublar. Bu kontekstdə Armen Grigoryan erməni hərbi əsirlərə və mülki vətəndaşlara qarşı saxta ittihamlarla cinayət işlərinin başlanmasını pisləyib. O qeyd etdi ki, Azərbaycan bununla beynəlxalq humanitar hüququ və götürdüyü öhdəlikləri kobud şəkildə pozur.
Armen Qriqoryan və Filip Riker Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə etdi.