ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginlikdən danışdı.
“Ermənistan-Azərbaycan sərhədində dəfələrlə baş verən hadisələr barədə məlumatlar ciddi narahatlıq doğurur. Tərəfləri, həll olunmamış problemləri sülh yolu ilə həll etmək üçün 9 noyabr bəyanatını tam şəkildə icra etməyə və ən son humanitar addımlara güvənməyə çağırıram",-deyə Linde tviterdə yazdı.