ATƏT Minsk Qrupunun həmsədrlərinin bəyanatı ilə bağlı ER Xarici İşlər Nazirliyi bəyanat yayıb:
Bəyanatda xüsusilə deyilir: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin 29 iyul tarixində yaydıqları birgə bəyanatda qeyd olunan sülh prosesini bərpa etmək yanaşmalarını alqışlayırıq.
ATƏT-in Minsk Qrupu həmsədrlərin və həmsədrlər ölkələrin yüksək səviyyəli nümayəndələrinin əvvəlki, xüsusən 2020-ci il 3 dekabr, 2021-ci il 13 aprel birgə bəyanatlarında danışıqlar üçün zəmin yarada biləcək sülh prosesinin prioritet məsələləri açıq şəkildə ifadə edilir.
Həmsədrlərin bəyanatı bir daha sübut edir ki, regional sülhün və təhlükəsizliyin açarı Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həllidir.
Mayın 12-dən etibarən Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Ermənistanın suveren ərazisinə daxil olması və son günlər Ermənistan Respublikasının müdafiə mövqelərinə hücumlar vəziyyəti daha da gərginləşdirdi. Ermənistan hər zaman vəziyyəti sabitlə.dirmək mövqeyində olub, bununla əlaqədar konkret təkliflər verib, xüsusən də hərbi hissələrin mayın 11-dən etibarən mövcud başlanğıc mövqelərinə çıxarılması.
Əminik ki, Azərbaycanın hərəkətlərinin ünvanlı qiymətləndirilməsi partlayıcı vəziyyətdən çıxmağa kömək edəcək".