Məşhur rok musiqiçi, “System Of a Down” rok qrupunun solisti Serj Tankian, ABŞ-ın Nümayəndələr Palatasında ABŞ-nın Azərbaycana hərbi yardım verilməsinin dayandırlmasına dair qəbul edilmiş dəyişikliyə toxunub.
“Ədalət üçün böyük qələbə. Azərbaycanın diktator rejiminin Ermənistana qarşı addımları cəza tədbirləri tələb edir. Bu gündən etibarən Əliyev rejimi müharibə cinayətləri və təcavüzləri üçün ödəməyə başlayır. Ədalət uğrunda mübarizə aparan dünyadakı bütün erməniləri ölkələrinizdə Azərbaycana təcili sanksiyalar tətbiq etmək üçün səy göstərməyə çağırıram”,- Tankyan deyib.