ABŞ Azərbaycan və Ermənistanı sərhəddəki situasiyanın deeskalasiyası üçün təcili addımlar atmağa çağırır.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.
“ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca bir müddət öncə baş tutan eskalasiyanı qınayır. Biz Ermənistan və Azərbaycanı atəşkəslə bağlı öhdəliklərini icra etməyə çağırırıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, sərhəddə saxlanılan gərginlik göstərir ki, yalnız bütün məsələləri əhatə edən hərtərəfli həll iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinin bir yerdə yaşamasına imkan verə bilər.
ABŞ Dövlət Departamenti Bakı və Yerevanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqlara tezliklə qayıtmağa da çağırış edib.