Kreml Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin fərqindədir və tərəflərlə işləyir.
Bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib.
"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik yaşandığını bilirik. Və bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstəriblər. Bu istiqamətdə iş davam edir", - Dmitri Peskov deyib.
Üçtərəfli razılaşmanın tam təmin olunması üçün Rusiya Yerevan və Bakı ilə təmas saxlamqda davam edir.
D.Peskov Rusiyanın N.Paşinyanın təklifinin yerinə yetirilməsinə nə qədər hazır olub-olmadığına dair suala cavab verməyib: “Yerevanla təmaslar davam edir. Başqa heç nə əlavə edə bilmərəm”.