ER Baş naziri vəizfəsini icra edən Nikol Paşinyan qeyd etdi ki, Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına Ermənistanın qarşı olduğunu göstərmək cəhdlərinin həqiqətlə əlaqəsi yoxdur.
“Biz razıyıq. Üstəlik, öz xalqımızdan belə prosesə başlamaq, regionda sabitlik və sülh yaratmaq mandatı almışıq. Hələ mayın 27-də Təhlükəsizlik Şurasının iclasında mən demarkasiya və delimitasiya proseslərinin başlanmasına dair yanaşmalarımızı təqdim etdim.
Sotk –Xoznavar hissəsində Ermənistan-Azərbaycan sərhəd xəttindən həm Ermənistan, həm də Azərbaycan qoşunlarının geri çəkilməsi, sərhəd boyunca Rusiya Federasiyasının sərhəd qoşunlarının məntəqələrinin yerləşdirilməsi və sərhəd xəttinin monitorinqi, sonra delimitasiya işlərinin başlanması, ona hazır olduğumuzu da dəfələrlə bildirmişik.
Hazırkı vəziyyəti nəzərə alaraq, düşünürəm ki, Ermənistan-Azərbaycan sərhədinin boyunca Rusiya sərhəd qoşunlarının mətəqələrinin yerləşdirmə məsələsini nəzərdən keçirmək lazımdır. Bu hərbi toqquşmalar riksi olmadan delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsinə imkan verəcək”,- deyə Paşinyan qeyd etdi.