KTMT-nin baş katibi Stanislav Zas iyulun 28-də Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmalar səbəbindən vəziyyətin gərginləşməsindən ciddi narahatlığını ifadə edib.
Bu barədə təşkilatın rəsmi saytında məlumat verilir.
"Bölgədə gərginliyin daha da artması təhlükəsi ciddi narahatlıq doğurur və bu, 10 noyabr 2020 -ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə mənfi təsir göstərə bilər",- deyə qeyd edilib.
Onun fikrincə, güc tətbiqi qəbuledilməzdir.
"Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirmək səylərini alqışlayıram"- deyə Stanislav Zas bildirib.