“ER hökuməti və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan sərhədi boyunca mövcud olan vəziyyət sabitləşmir. Azərbaycan təcavüzkar ritorikasını və hərəkətlərini davam etdirir. Eyni zamanda, vəziyyətin siyasi və uzun müddətli həllinə yönəlmiş beynəlxalq ictimaiyyətin bütün təklifləri cavabsız qalır”. Bunu hökumət iclasında ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunurkən deyib.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin 13 aprel tarixli bəyanatını bir daha xatırlatmaq istərdim. Onlar tərəfləri ilk fürsətdə həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi danışıqlara qayıtmağa çağırırlar. Qeyd etmək istərdim ki, Azərbaycan indiyədək bu çağırışa cavab vermədi, ancaq Ermənistan dəfələrlə təklif olunan formatla danışıqlar prosesinə başlamağa hazır olduğunu bildirmişdir.
ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatından kənarda olan məsələlər üzrə dialoqa hazır olduğumuzu da bildirmişik”,-Paşinyan qeyd etdi.
Paşinyanın sözlərinə görə, Azərbaycan bütün hərəkətləri və ritorikası ilə 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarını gözdən salmaqla istənilən dialoq fürsətini əngəlləməyə çalışır.