ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və girovların saxta məhkəmələrinə toxunurkən deyib:
“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci maddəsinə baxmayaraq, Azərbaycanda erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin saxta məhkəmələri davam edilir. Bunun nəticəsində onları uzun illərlə azadlıqdan məhrum edirlər. Xüsusilə diqqətəlayiq haldır ki, məhkumların demək olar ki, hamısı 9 noyabrdan sonra sülhməramlıların məsul olduğu ərazilərdən əsir götürülmüşdür.
Bu fakta Azərbaycanda sülhməramlılara qarşı aparılan geniş anti-təbliğatla baxsaq və Azərbayucanın bugünədək sülhməramlıların mandatını imzalamadığını nəzarə alsaq, aydın olur ki, bütün bu, sülhməramlılara, yəni Dağlıq Qarabağda sabitliyə və sülhə qarşı törədilən hərəkərlərdir”.