Azərbaycan-Ermənistan sərhədindəki gərginlik BMT-də narahatlıq doğurur.
Bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.
“Son hadisələr də daxil olmaqla, Ermənistan-Azərbaycan sərhədindəki artan gərginlik barədə xəbərləri narahatlıqla izləyirik. Hər iki tərəfi təmkinli olmağa, gərginləşməyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə və mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırırıq”,- Farhan Hak qeyd edib.