ABŞ-ın Ermənistandakı səfirliyi Geğarkunik sərhədində Azərbaycanın son təxribatları ilə bağlı "Lurer"in sorğusuna cavab verib:
“Ermənistan-Azərbaycan sərhədində təkrarlanan hadisələr və itki xəbərləri ABŞ-ı narahat etməyə davam edir. Həlak olanların ailələrinə ürəkdən başsağlığı veririk. Dövlət Departamenti sözçüsünün bu gün verdiyi açıqlamada bildirildiyi kimi, Ermənistanı və Azərbaycanı atəşkəs öhdəliklərini qorumağa və vəziyyəti sakitləşdirmək üçün təcili addımlar atmağa çağırırıq. Xatırlatmaq lazımdır ki, ötən gün səfir Treysi hadisələrin qeydə alındığı ərazilərdən birini ziyarət edib.
ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ qeyd edib ki, narahatlığa səbəb olan məsələlərin həlli üçün əlavə səylərə ehtiyac var. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh və davamlı siyasi həllinə nail olmaq üçün danışıqlarda və dialoqda tam iştiraka çağırmağa davam edirik", - deyə ABŞ-ın Ermənistandakı səfirliyinin cavabında qeyd olunur.