ABŞ kongresmeni Adam Şif Ermənistan-Azərbaycan sərhədində son hadisələrlə bağlı öz narahatlığını bildirdi. O qeyd etdi ki, sərhəddə Azərbaycan tərəfindən atəşkəs pozulması nəticəsində üç erməni hərbi qulluqçu həlak olub, ikisi də yaralandı.
“Bu təsdiqləyir ki, Azərbaycan növbəti təcavüzkar və ölümcül əməliyyatını həyata keçirdi. Əgər Azərbaycana vəziyyəti gərginləşdirməsinə icazə verilsə, şiddət, ölüm və dağıntı davam edəcəkdir.
Bunu qəbul etməliyik ki, ABŞ-nın Əliyev rejiminə davamlı dəstəyi nəinki Azərbaycanın təcavüzünə mane olmur, hətta bu ermənilər üçün birbaşa təhdid olur”,- deyə Şif qeyd etdi.
ABŞ Konqresmeni ABŞ Dövlət Departamentini və Dövlət katibi Antoni Blinkeni son 24 saat ərzində baş verən hadisələrə münasibət bildirməyə, atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməsi üçün Azərbaycana təzyiq göstərməyə çağırdı.
“ABŞ insan haqlarını daim pozan və Ermənistanın müstəqilliyinə qarşı təxribat edə Azərbaycana heç vaxt hərbi yardım göstərməməlidir. Azərbaycanı məsuliyyətə cəlb etməyin vaxtıdır”,- kongresmen deyib.