“Ortaq Türk ordusunun yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır”.
Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünən keçirilən mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb-yaranmayacağı ilə bağlı sualına cavabında deyib.
O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir:
“Bütün bunlara rəğmən bizim əsas amalımız bir millət iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”