Artsax münaqişəsi həll olunmayıb, Artsaxın statusu məsələsi açıq qalır. ER Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Ruben Rubinyan bunu "Lurer" ilə söhbətində söyləyib.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə fərdi olaraq Rusiya, ABŞ və Fransa tərəfindən danışıqları bərpa etmək çağırışını alqışlayırıq. Onlarla eyni mövqedəyik ki, Artsax münaqişəsi həll olunmayıb, Artsaxın statusu məsələsi açıq qalır, bununla bağlı danışıqlar aparılmalıdır. Azərbaycanın münaqişənin bitdiyini iddia etməsi absurddur. Münaqişə bitibsə, niyə Artsaxda sülhməramlılar var? Sülhməramlılar bitməyən münaqişə olanda gəlir”- deyə Rubinyan qeyd edib.
Eyni zamanda, o vurğulayıb ki, Azərbaycanın imzası və razılığı ilə sülhməramlılar yerləşdirilib, demək "onlar qeyd edib ki, bu atəşkəsdir və Artsaxın statusu məsələsi açıq qalır”.