Sotkda gecədən bəri atəş səsləri eşidilib, səhər saat 10:30 radələrində nisbətən sakitdir. "Lurer"in çəkiliş qrupları Geğakunik bölgəsindədir. Muşeğ Isaxanyan kəndlilərlə söhbət edib.
“Yaşayış məntəqələri,evlər istiqamətində əsasən atəş açılmayıb, ancaq sərhəd yaxınlığında atəş səsləri eşidilib. İnsanlar gündəlik işləri ilə məşğuldur.
Son 4-5 gündə, xüsusən də axşam saatlarında daha çox atəş səsələri eşidilir. Bu anda düşmən müvəqqəti də olsa, dağlarımızdadır, təbii olaraq gərginlik var”- deyə kəndlilərdən biri bildirib.