Sentyabrın 16-dan Ermənistan KTMT-yə sədrliyə başlayacaq. Bunu ER Parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Ruben Rubinyan "Lurer" ilə söhbətində bildirib.
"Cari ildə, 16 sentyabrdan Ermənistan KTMT-yə sədrliyə başlayacaq",- deyə Rubinyan bildirib.
Rubinyan qeyd edib ki, KTMT yaranan vəziyyətə uyğun cavab verməlidir.
“Beynəlxalq cəmiyyət regional sabitliyi pozmağa çalışan Azərbaycanın bu hərəkətlərinə layiqli cavab verməlidir. 12 may hərəkətlərindən sonra KTMT-də proses gedir, və əlimizdə olan vasitələrdən istifadə etməyə davam edəcəyik.
Düşünürük ki, KTMT bu vəziyyətlərə uyğun olaraq cavab verməlidir, çünki bu KTMT-ın öhdəliyidir"-deyə Rubinyan əlavə edib.