Fransa səfiri Yerevanı və Bakını siyasi prosesləri bərpa etməyə çağırır. Jonatan Lakot bu prosesin güc təsiri altında baş verməməli olduğunu vurğuladı. Fransa tərəfinin əsas narahatlığı Ermənistanın sərhədlərinin təhlükəsizliyidir.
“Fransa baş verən hadisələrdən narahatdır, çünki atəşkəsin pozulması Ermənistan sərhədlərində təhlükəsizlik vəziyyətinin pisləşməsi deməkdir. Bu kontekstdə Fransa Ermənistanla Azərbaycan arasında siyasi proseslərin bərpasına çağırır, lakin bu proses ədalətli olmalıdır, başqa bir qüvvənin təsiri altında baş verməməlidir.
Təbii ki, ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya və ABŞ-la əlaqə saxlayırıq ki, ilk növbədə vəziyyəti sakitləşdirək və yeri gələndə siyasi prosesi davam etdirək. Lakin, bu anda əsas narahatlığımız Ermənistan sərhədindəki vəziyyətdir. Təbii ki, 9 noyabr tarixli üçtərəfli bəyanatın digər məqamları da diqqətimizin mərkəzindədir, orada hələ problemlər var, xüsusən də bütün hərbi əsirlərin geri qaytarılması məsələsi.
Bu yaxınlarda bildirdiyim kimi, Fransa hərbi-siyasi yardım üçün müraciətlərə baxmağa hazırdır. Ancaq Ermənistan və Fransanın eyni hərbi-siyasi ittifaqdan olmadığı nəzərə alınaraq, məqsədimiz gələcək müharibəyə hazırlaşmaq deyil, onun qarşısını almaqdır. Düşünürük ki, regional problemlərin hərbi həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan sərhəd məsələlərinin həlli kontekstində, hərbi yolla həll istisna olunmalı, çünki bu, çıxılmaz vəziyyətə gətirib çıxarır”,-səfir qeyd etdi.