ER Müdafiə Nazirliyi bildirdi ki, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə Ermənistan-Azərbaycan təmas xəttinin şimal-şərq istiqamətində atəşkəsin bərpasına dair razılaşma əldə edilib. Hazırda, qeyd olunan razılaşmalar əsasən yerinə yetirilir.
Azərbaycan təcavüzü səbəbindən başlanılan hərbi əməliyyatlarda hər iki tərəf odlu silahdan və minaatanlardan istifadə etdi.
ER Silahlı Qüvvələrinin bölmələri düşmən tərəfindən minaatan istifadəsinə cavab olaraq qumbaraatandan atəş açıb.
Təmas xətti dəyişməyib, sərhəd vəziyyəti ER Silahlı Qüvvələrinin bölmələrinin nəzarətindədir.