ER Xarici İşlər Nazirliyi sərhəddə Azərbaycan təcavüzü ilə bağlı bəyanat yaydı.
“Mayın 12-də Ermənistan Respublikası ərazisinə zorla daxil olan Azərbaycan silahlı qüvvələrinin bölmələri iyulun 28-də, saat 03:40 radələrində Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq istiqamətində yerləşən erməni mövqelərinə hücum etdi. Bunun nəticəsində yerli döyüşlər başladı.İlkin məlumatlara görə, itiklər var.
Diqqətəlayiqdir ki, Azərbaycanən silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisindəki qanunsuz mövcudluğu davam etdiyi halda, Azərbaycan rəhbərliyinin bu cür hərəkətləri Ermənistana ərazi-tarixi tələblər irəli sürməklə əsaslandırdığı halda Azərbaycan tərəfi vəziyyəti qəsdən gərginləşdirir.
Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünə qarşı güc tədbiq etməsinə cavab olaraq Ermənistan Respublikası beynəlxalq hüquq çərçivəsində qorunan bütün hərbi-siyasi alətlərindən istifadə edəcək.
Azərbaycan tərəfinin regional sülhə və təhlükəsizliyə qarşı hərbi hərəkətlərini qəti şəkildə pisləyirik. Vəziyyətin daha da gərginləşməsinin bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".