Azərbaycanın Ermənistan-Azərbaycan sərhədinin şərqi istiqamətindəki hücum əməliyyatlarına beynəlxalq media da toxunub.
“Euronews” Ermənistan Müdafiə nazirliyinə istinadən bildirib ki, sərhəd toqquşmaları nəticəsində Ermənistan tərəfində 3 nəfər həlak olub. Həmçinin qeyd edilir ki, Azərbaycan tərəfində 2 yaralı var.
“Washington Post” xatırladır ki, sərhəddəki gərginlik hələ may ayında başlayıb. "Ermənistan mütəmadi olaraq Azərbaycan ordusunun suveren ərazilərinə qanunsuz basqın etməsindən şikayətlənıb”- deyə mətbu yazıb.
“Associated Press”, Ermənistan Xarici İşlər Nazirliyinə istinadən, qeyd edib ki, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməsinə cavab olaraq, Ermənistan Respublikası bütün hərbi-siyasi alətlərini beynəlxalq hüquqa uyğun olaraq tətbiq edəcək.
“Jerusalem Post” atəşkəs barədə məlumat verərək, Rusiyanın İkinci Artsax müharibəsinin bitirməsindəki rolunu xatırladıb.