Hərbi və müdafiə xəbərlərinin araşdırma və təhlil portalı Bulgarian Military “Azərbaycanın “qara bazarı”. Qərbin silahları hara gedir?” adlı məqalədə Azərbaycan tərəfindən “qara bazarda” silah satmasına toxunub.
“Artıq çox dəlil yayımlanıb ki, bu da Azərbaycanın “bazarda” qanunsuz silah ticarəti faktını göstərir. Məsələn, 2017-ci ildə Bakı müntəzəm hərbi təlimlər çərçivəsində Çexiyanın MLRS RM-70 yaylım atəşi reaktiv sistemlərini nümayiş etdirdi, Çexiya rəsmilərinə görə, Çex Respublikasının mövcud qanunlarını nəzərə alaraq, Azərbaycan bunu ala bilməzdi. O dövrdə Ermənistan artıq bu hərbi sistemlərin Dağlıq Qarabağda yerləşdirilməsi məsələsini qaldırırdı, lakin Çexiya Xarici İşlər Nazirliyi belə bir razılaşmanın mümkün olmadığını rəsmən elan etmişdi. Nəticədə hərbi mütəxəssislər sursatların qanunsuz olaraq əldə edildiyi barədə fikirlər bildirməyə başladılar”- deyə Bulgarian Military yazır.
Platformada bildirilir ki, bir çox ekspertlər düşünür ki, Bakı Suriyada və digər qaynar nöqtələrdə “İslam Dövləti” yaraqlılarına silah və sursat tədarük edir.
Bu fikrin azərbaycanlı müxalifət analitikləri tərəfindən də dəstəklənməsi diqqət çəkir. “Timetürk”ün verdiyi məlumata görə, Azərbaycan Suriyada Bəşər Əsədə qarşı hərbi əməliyyatlarda iştirak edən "Mahmut" silahlı qruplaşmasını yaradıb. Azərbaycanın bu cür qruplar vasitəsi ilə əldə etdiyi silahların əksəriyyəti, türk tərəfinin dəstəyi ilə, "İslam Dövləti"nin əlinə düşür və bununla da dünyaya yayılır.
"O zaman ABŞ-ın avtoritar rejimlərə silah tədarükünü leqallaşdıran belə qanunlara ehtiyacının olub-olmadığı ilə bağlı məqbul bir sual ortaya çıxır. Amerikalı tarixçi və müharibə əleyhinə analitik veb saytın redaktoru Daniel Larison əmindir ki, ABŞ buna ehtiyac duymur. O, Vaşinqtonu NATO-nun Azərbaycana silah tədarükünün qadağan edilməsi üçün hüquqi mexanizmlər üzərində işə başlamağa çağırdı, çünki Bakıya hərbi yardım Qafqazdakı vəziyyət üçün real təhlükədir.
“Şübhə yoxdur ki, Türkiyə hakimiyyəti cihadçıları açıq şəkildə istismar etməklə dünya ictimaiyyətinə Azərbaycanla meydan oxudu. Bakı, nüfuzunu terrorçularla iş birliyinin kölgəsindən, Dağlıq Qarabağı ələ keçirməyə yönəlmiş bir iş birliyindən çətinliklə təmizləyə biləcək. Və Türkiyənin Şimali Atlantika İttifaqındakı tərəfdaşları, öz növbəsində, Ankara ilə hərbi və texniki əməkdaşlığın gələcəkdə nə qədər məqsədəuyğun olduğunu düşünməlidir. Kim bilir ki, sabah bu silahlar kimə qarşı istifadə edilə bilər?",- deyə Bulgarian Military məqalədə qeyd edib.