Artsax Respublikasının Ombudsmanı Geğam Stepanyan bildirib ki, Artsaxın Martuni rayonunun Maçkalaşen kəndinin əsir düşmüş sakini rus sülhməramlıların vasitıçiliylə erməni tərəfinə qaytarılıb.
“Tibbi müayinə nəticəsində onun Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüldüyü və qeyri-insani rəftara məruz qaldığı, nəticədə ilkin məlumatlara görə sağ ayağının yaralandığı məlum olub. Vətəndaş indi kənd evindədir.
Azərbaycan tərəfi öz nəzarətində olan ərazilərə keçmiş vətəndaşlara işgəncə verir, alçaldır və təcavüzkar davranışlarını davam etdirir. Beynəlxalq təşkilatların və Artsax Respublikasının hüquq-mühafizə orqanlarının diqqətini hadisəyə cəlb edirəm",- deyə Stepanyan yazdı.