ER XİN “Armenpess”-in sualına cavab olaraq, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun son bəyanatlarına toxunub, qeyd edərək ki, Ermənistan-Rusiya-Azərbaycan formatında 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli bəyanatların tam icrasına mane olan Ermənistan deyil, Azərbaycandır.
Sual: Serbiya xarici işlər naziri ilə birqə mətbuat konfransı zamanı Azərbaycan Xİ naziri Ceyhun Bayramov Ermənistanı 9 noyabr tarixli üçtərəfli bəyanatın icrasına mane olmaqda günahlandırıb. Bu açıqlamanı necə şəhr edə bilərsiz?
Cavab: 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli bəyanatların icrasını nəzərdən keçirərkən, bu bəyanatların şəxsi şəhri ilə deyil, aydın faktlarla rəhbər tutulmalıdır. Faktlar aşağıdakılardır:
Bəyanatın imzalanmasından bir ay sonra Azərbaycan qoşunları tərəflərin öz mövqelərində qalmasına dair bəyanatın 1-ci bəndini pozaraq Artsaxın Hadrut rayonunun Hin Tağer və Xtsaberd kəndləri istiqamətində hücüuma başladılar, nəticədə o əraziləri işğal etdilər, erməni hərbçilərini öldürdü və əsir götürdülər.
Ermənistandan fərqli olaraq, Azərbaycan hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsini nəzərdə tutan 9 noyabr 2020-ci il tarixli bəyanatın 8-ci bəndini yerinə yetirməyib. Üstəlik, erməni əsirləri cinayət təqibinə məruz qalır, hansı ki beynəlxalq humanitar hüququnun köbud pozulmasıdır.
Mayın 12-dən etibarən Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının suveren ərazisinə girib və qalmağa davam edir. Qeyd etmək lazımdır ki, Azərbaycan hərbi birləşmələri 9 noyabr 2020-ci il tarixli bəyanatın həyata keçirilməsi nəticəsində Ermənistan Respublikasının Azərbaycan nəzarəti altına keçmiş ərazidən giriblər. Başqa sözlə, bəyanatın icrasına dair erməni tərəfinin konstruktiv yanaşmasına Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qəsd etmə, regional təhlükəsizliyi və sülü pozmaq siyasəti ilə qarşı çıxıb. Azərbaycan hərbi birləşmələrinin Ermənistan ərazisində olması, əslində Azərbaycan prezidenti tərəfindən qəbul edilib, çünki o qeyd edib ki, “Zəngəzur əcdadlarımızın torpağıdır”.
Son zamanlar Azərbaycan Dağlıq Qarabağı ərazi vahidi olaraq inkar edən bəyanatlarla çıxış edir və bu da öz növbəsində bəyanatın 7-ci bəndini pozur, çünki orada tərəflər, o cümlədən Azərbaycan tərəfi "Dağlıq Qarabağ ərazisi" termini ilə razılaşıb.
Blokadadan çıxması ilə bağlı 9 noyabr və 11 yanvar bəyanatlarının tətbiqi baxımından Ermənistan ən konstruktiv tərəfi olub və olmağa davam edir. Təəssüf ki, Ermənistanın belə konstruktiv yanaşmasından istifadə edərək, Azərbaycan tərəfi, rəsmi açıq bəyanatlarla "dəhlizin açılması" fikrinindən fəal şəkildə istifadə edib ki, bu qəbuledilməzdir və üçtərəfli bəyanatların məzmunu tamamilə təhrif edir. Diqqətəlayiqdir ki, bu fərziyyələrlə yanaşı Azərbaycanın bir tərəfdən Ermənistana qarşı saxta ərazi-tarixi iddialar irəli sürüb, digər tərəfdən isə Azərbaycan hərbi birləşmələri Ermənistan Respublikasının suveren ərazisinə girib.
Münaqişə zonası ərazilərinin minalardan təmizlənməsində Azərbaycana kömək etməməsi ilə bağlı ittihamlara gəldikdə, vurğulamaq lazımdır ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda tərəflərin minalardan təmizlənməsi sahəsində əməkdaşlığa dair hər hansı bir müddəa yoxdur. Xatırlatmaq lazımdır ki, Azərbaycan ənənəvi olaraq bu istiqamətdə Ermənistan və Artsaxla əməkdaşlıq imkanlarına qarşı çıxıb. Üstəlik, 2017-ci ildə Azərbaycanın səyləri ilə ATƏT-in Yerevandakı ofisi, ATƏT-in humanitar minalardan təmizləmə proqramı ilə məşğul olduğunu əsas götürərək bağlanıb.
Minalardan təmizlənməsində əməkdaşlıq etmək öhdəliyi götürməyən erməni tərəfi buna baxmayaraq, xoşməramlılığın ifadəsi olaraq üçüncü tərəflər vasitəsilə Azərbaycana məlumatlar təhvil verib.
Azərbaycan tərəfindən hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin vətənə qaytarmasının tamamlanması 9 noyabr 2020-ci il bəyanatın icrası üçün konstruktiv mühit yarada bilər.