Cənubi və Şimali Koreyanın liderləri rəsmi Seul ilə Phenyan arasında birbaşa əlaqəni bərpa etmək barədə razılığa gəldilər.
“Mehr” informasiya agentliyi xəbər verir ki, bunu Cənubi Koreya Prezident Administrasiyası bildirdi.
İki ölkənin liderləri, həmçinin ikitərəfli münasibətlərin yaxşılaşdırılması və inamın bərpa olunması prosesini təşviq etmək barədə razılığa gəldilər.
Cənubi və Şimali Koreya arasındakı münasibətlər 2020-ci ilin noyabrın 9-da pozuldu.