İyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysi ER MN nümayəndələrinin müşayiəti ilə Geğarkunik bölgəsinə getdi.
Səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət təqdim edildi. Sonra isə səfir Verin Şorja hissəsindəki sərhəd xəttinə getdi.
Səfir Treysi bir daha qeyd edib ki, ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən insidentlərdən narahatdır və ABŞ sərhəd delimitasiyasında gücün tətbiqini rədd edir.
Səfir, həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləmə prosesinə sadiq qaldığını vurğuladı. Səfirin sözlərinə görə, ABŞ tərəfləri Minsk qrupu həmsədrlərinin səviyyəsində keçirilən danışıqlara ən qısa zamanda qayıtmağa çağırır.